bazar ertəsi 6 aprel 2026 - 11:46
Ayətullah Seyid Əli Xameneinin nəzərinə əsaslanan istikbarla mübarizə mövzusunda beynəlxalq konfrans keçiriləcək

Vilayəti-fəqihin Azərbaycan Respublikası üzrə nümayəndəliyi Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadətinin qırxıncı günü münasibətilə beynəlxalq konfrans keçirəcək.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Qum şəhərində yerləşən vilayəti-fəqihin Azərbaycan Respublikası üzrə nümayəndəliyinin ofisi tərəfindən “Şəhid Ayətullah Seyid Əli Xameneinin düşüncəsində istikbarla mübarizə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbir şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadətinin qırxıncı günü münasibətilə təşkil olunan anım mərasimi ilə eyni vaxtda baş tutacaq. Konfrans 6 aprel 2026-cı il bazar ertəsi günü saat 16:00-da Qum şəhəri Cümhuriyye İslamiyyə prospekti 4 və 6-cı küçələrin kəsişməsində yerləşən Ümumdünya Əhli-Beyt (ə) Məclisinin konfrans zalında keçiriləcək.

Tədbirdə vilayəti-fəqihin Azərbaycan Respublikası üzrə nümayəndəsi Höccətül-İslam vəl-müslimin Məhəmməd Baqir Saivər, Elmi hövzələrin beynəlxalq əlaqələr üzrə müavini Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari və Əl-Mustafa Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr üzrə müavini Höccətül-İslam vəl-müslimin Qənbəri çıxış edəcəklər.

Konfransın əsas məqsədi şəhid Ayətullah Seyid Əli Xameneinin düşüncəsində istikbarla mübarizənin həm nəzəri, həm də praktik əsaslarını araşdırmaq və bu mövzunun beynəlxalq aspektlərini təhlil etməkdir.

Ayətullah Seyid Əli Xameneinin nəzərinə əsaslanan istikbarla mübarizə mövzusunda beynəlxalq konfrans keçiriləcək

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha